İdman 16:01 09.08.2020

Avropa Liqasında ilkin mərhələnin püşkü atıldı

Bu gün Avropa Liqasında 2020/21 mövsümünün ilk püşkatması keçirilib.

Qaynarinfo saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə ilkin mərhələnin cütləri müəyyənləşib.

Azərbaycan klublarının azad olduğu mərhələdə aşağı reytinqli ölkələrin 16 komandası 8 cüt təşkil edib. Bir oyundan ibarət ilkin mərhələnin matçları avqustun 20-də baş tutacaq.

Qeyd edək ki, sabah I təsnifat mərhələsinin püşkü atılacaq, Azərbaycan klubları "Neftçi”, "Keşlə” və "Sumqayıt”ın rəqibləri bəlli olacaq.

Avropa Liqası
2020/21 mövsümü
İlkin mərhələ

Tre Penne (San-Marino) - Qjilani (Kosovo)
Linkoln (Cəbəllütariq) - Priştina (Kosovo) 
Santa Koloma (Andorra) - İskra (Monteneqro)
Enqordan (Andorra) - Zeta (Monteneqro)
Qlentoran (Şimali İrlandiya) – Torshavn (Farer adaları) 
Cent Cozefs (Cəbəllütariq) - B-36 (Farer adaları) 
Kolreyn (Şimali İrlandiya) - La Fiorita (San-Marino)
Runavik (Farer adaları) - Barri Taun (Uels)