ABŞ prezidenti Donald Trampın qeyri-ardıcıl mövqeyi avropalı siyasətçiləri öz ölkələrinin təhlükəsizliyinin qayğısına qalmaq üçün real addımlar atmağa məcbur edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post” qəzetinin redaksiya məqaləsində deyilir.
Son vaxtlar Trampdan çoxlu ümidverici bəyanatlar eşitməsinə baxmayaraq, o, ehtiyac yaranarsa, ABŞ-ın həqiqətən də Avropa müttəfiqlərini müdafiə edib-etməyəcəyinə dair çoxlu şübhələr yaradır. Onun son açıqlamalarından biri də bununla bağlı göstəricidir. Jurnalistlərin avropalıların Rusiya təyyarələrini öz hava məkanında vurub vurmaması ilə bağlı sualına Tramp "Bəli” cavabını verib. Amma ABŞ-ın belə bir vəziyyətdə avropalı müttəfiqinin müdafiəsinə qalxıb-çıxmayacağı sualına o, bunun şəraitdən asılı olduğunu deyib.
ABŞ prezidentinin mövqeyinin bu cür qeyri-müəyyənliyi Kremli Avropada yeni təxribatlara ruhlandırır, eyni zamanda avropalıları öz təhlükəsizliklərini gücləndirmək üçün nəsə etməyə məcbur edir
Jurnalistlər avropalıların nəhayət öz müdafiəsi barədə fikirləşməsini göstərən ən azı üç əlamətini müşahidə ediblər.
Birinci əlamət: Jurnalistlərə məlum olub ki, bu həftə Avropa rəsmiləri Moskvada görüş keçirib və orada ruslara hava məkanında rus təyyarələrini vurmağa hazır olduqları barədə xəbərdarlıq ediblər.
İkinci əlamət: Cümə günü, bu yaxınlarda başlamış Avropa "dron divarı" təşəbbüsü üçün ilk planlaşdırma görüşü baş tutub. Əlamətdar haldır ki, bir çox oxşar tədbirlərdən fərqli olaraq, bu dəfə Ukrayna bərabərhüquqlu iştirakçı, NATO isə müşahidəçi qismində dəvət olunub. Yəni avropalıları konkret aspektdə Ukraynanın real döyüş təcrübəsi maraqlandırır.
Üçüncü əlamət: Bu həftə jurnalistlər Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın gələn il müdafiəyə 90 milyard dollar xərcləmək niyyətindən xəbər tutublar. Və burada əsas odur ki, pulun böyük hissəsi Avropa silahlarının alınmasına gedəcək. Amerika silahlarına cəmi 8% xərclənəcək.
"Zamanla avropalılar hətta Trampa onları ayağa durmağa məcbur etdiyinə görə təşəkkür edə bilər. Lakin hələlik Avropada artan ciddilik Trampın gözlənilməzliyinin birbaşa nəticəsidir. İndi Berlin, Paris və London yükün böyük hissəsini öz üzərinə götürdüyünə görə, prezident Tramp Rusiyaya qarşı mübarizədə daha ardıcıl olmaqla onlara kömək edə bilər", deyə "The Washington Post" qeyd edir.
Aydın
Şərhlər