Dünya 16:35 31.01.2019

Avropa Parlamenti Xuan Quaydonu Venesuela prezidenti kimi tanıdı

Avropa Parlamenti Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.

Qaynarinfo xəbər verir ki, Brüsseldə "Venesueladakı vəziyyət" adlı iclas keçirilib. Parlamentdə müzakirədən sonra səsvermə keçirilərək qərar qəbul edilib və Quaydo Venesuelanın müvəqqəti prezidenti kimi tanınıb. 104 nəfər qərarın lehinə, 439 nəfər əleyhinə səs verib. 

Qeyd edək ki, Venesuelada Nikolas Maduro hakimiyyətdədir, lakin müxalif qrupların nəzarətində olan Milli Məclis sədri Xuan Quaydo özünü müvəqqəti prezident edərək ölkə rəhbərini istefaya çağırır.

Gülşən