Dünya 17:00 08.04.2020

Avropa Parlamentindən nümunəvi addım: Ofisini onlara verdi

Avropa Parlamenti Brüsseldəki binasının bir hissəsini evsizlərə verəcək.

Qaynarinfo xəbər verri ki, bu haqda AP prezidenti David Sassoli bildirib. Onun sözlərinə görə, tibb işçiləri və koronavirus pandemiyası ilə əlaqədar ehtiyacı olanlar üçün binada yeməklər hazırlanacaq.

"Brüssel-paytaxt bölgəsi ilə razılaşmaya əsasən, binamızın bir hissəsini evsiz və cəmiyyətin ən həssas təbəqələri üçün əlçatan etmək qərarına gəldik", - Sassoli deyib.

Səhiyyə sahəsində son dərəcə ciddi bir vəziyyət əsnasında Avropa deputatları tibb işçilərinə və yaşamaq yeri olmayanlara kömək etmək qərarına gəlib. Bundan əlavə, onun sözlərinə görə, AP-nin mətbəxlərində hər gün ehtiyac olanlar və tibb sahəsindəki işçilər üçün 1000-dən çox adam üçün nahar hazırlanacaq.
 
Alpər