Xəbər lenti

Avropada mentollu siqaretlərin satışı qadağan edildi
Dünya 16:53 20.05.2020

Avropada mentollu siqaretlərin satışı qadağan edildi

Avropa İttifaqında mentollu siqaretlərin satışına qadağa qoyulub.

Qaynarinfo xəbər verir ki, bu barədə ittifaqın ən yüksək orqanı olan Avropa Ədalət Məhkəməsi müvafiq qərar qəbul edib. Qərara əsasən mayın 20-dən etibarən Avropa İttifaqı ərazisində tərkibində mentol olan siqaretlərin satışı qadağan edilir. Qərar siqaretə qarşı olan təşkilatlar tərəfindən məmnunluqla qarşılanıb.

Qeyd edək ki, Avropa Komissiyası 2014-cü ildən siqaret və digər tütün məmulatları ilə mübarizə aparmaq məqsədilə sərt tədbirlər almağa başlayıb. Bu tədbirlər çərçivəsində siqaret paketlərinin 65 faizinin üzərində sağlamlığa zərərli olması ilə bağlı yazıların vurulması, həmçinin mentol və karamel tərkibli tütün məmulatlarının qadağan edilməsi qərara alınıb. Lakin ittifaqa üzv olan Polşa və Rumıniya ilə Philip Morris və British American Tabacco şirkətləri bu qərara etiraz ediblər. Avropa Ədalət Məhkəməsi 2016-cı ildə xoş aromatlı və mentollu siqaretlərin insanları daha çox tütün çəkməyə cəlb etdiyini əsas gətirərək etirazları qəbul etməyib. Daha sonra qurum tütün məmulatlarına qarşı daha sərt tədbirlərə əl ataraq, siqaret paketlərinin üzərində qorxulu görüntülərin əks etdirilməsinə, həmçinin elektron siqaretlərin də insan sağlamlığı üçün risk təşkil etdiyinə və onların üzərində nikotin miqdarının göstərilməli olduğuna, reklam və sponsorluqlarının qadağan edilməsinə qərar verib.

Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->