İqtisadçılar Kataloniyanın İspaniyadan ayrılması üçün 1 oktyabrda keçiriləcək referendumun "Brexit"dən daha ağır nəticələr verəcəyini açıqlayıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, dünyanın diqqəti 24 sentyabr Almaniyadakı parlament seçkiləri və 25 sentyabr İraq Kürd dövlətinin müstəqillik referendumundan sonra 1 oktyabrda Kataloniyada olacaq. İqtisadçı Cefrey Minne bildirir ki, Kataloniya İspaniyadan ayrılsa, bu İngiltərənin Avropa İttifaqından ayrılmasını nəzərdə tutan "Brexit" prosesindən daha çox zərər verəcək, bölgəni uzun müddət qeyri-müəyyənliyə aparacaq və böhrana səbəb olacaq. İqtisadçının hazırladığı yazıda bildirilir ki, müstəqillik Kataloniyaya baha başa gələcək və iqtisadiyyatı böyük zərər görəcək.
Qeyd edək ki, bölgə müstəqillik üçün hazırlıqlar görsə də, İspaniya höküməti keçiriləcək referendumun əleyhinədir və bu qərarı qanunsuz, konstitusiyaya zidd hesab edir.
7,5 milyon nəfərin yaşadığı Kataloniyada isə insanlar iki tərəfə bölünüb. Müstəqillik arzusunda olanlarla olmayanların sayının eyni olduğu deyilir.
Gülşən
Qaynarinfo.Az
Şərhlər