Avropa Birliyi ölkələrinə artan qanunsuz miqrasiyanın qarşısını almaq üçün yeni təkliflər irəli sürülüb.
Təklif Avstriya kansleri Sebestian Kurtsdan gəlib. O, Avropa Birliyi ölkələrinə miqrantların kütləvi axınının qarşısını almaq üçün insan qaçaqmalçıları ilə mübarizəni sərtləşdirməyi təklif edib. Siyasətçinin sözlərinə görə, Avropa Birliyinin Xarici Sərhədlərinə Nəzarət Agentliyinin səlahiyyətləri artırılmalıdır. Kansler bunun nəticəsində agentliyin kütləvi köçə qarşı mübarizədə daha yaxşı nəticə əldə ediləcəyinə inanır.
Siyasətçi Avropa Birliyi Sərhəd Xidməti əməkdaşlarının sayının 10 min nəfərə qədər artırılmasını istəyib. Ancaq bunu pland nəzərdə tutulan kimi 2027-ci ilə qədər yox, daha tez həyata keçirməyi təklif edib.
Xatırladaq ki, Avstriya iyul ayından etibarən AB-nə sədrlik edəcək. /cəbhə
Şərhlər