Avropaya səyahət qaydaları dəyişir

Avropaya səyahət qaydaları dəyişir

Avropa Komissiyası (AK) Avropa İttifaqına (Aİ) daxil olmaq üçün koronavirusa qarşı peyvəndlərin etibarlılığını doqquz aya məhdudlaşdırmağı təklif edəcək.

Bu barədə cümə axşamı Bloomberg Aİ-nin daxili sənədinə istinadən məlumat yayıb.

Sənədə əsasən, bu müddətdən sonra Aİ-yə daxil olmaq istəyənlər vaksinin buster dozasını vurdurmalıdır.

Bundan əlavə, AK icmaya üzv dövlətlərə Avropa Dərman Agentliyi (EMA) tərəfindən təsdiq edilmiş preparatlarla peyvənd olunmuş turistləri sərbəst qəbul etməyi davam etdirməyi tövsiyə etmək niyyətindədir. Yanvarın 10-dan etibarən Aİ ölkələrinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsdiq etdiyi vaksinlərlə turistlərin qəbulunu bərpa etmək tövsiyə olunacaq.

AK təkliflərinin cümə axşamı dərc ediləcəyi gözlənilir. Agentliyin məlumatına görə, Aİ ölkələrinin hökumətləri təkid edirlər ki, Avropa Komissiyası ümumi tövsiyələr hazırlasın və bununla da icmaya üzv dövlətlərin giriş və revaksinasiya üçün peyvəndlərin etibarlılıq müddətlərinə yanaşmalarındakı fərqi aradan qaldırsın.
XƏBƏRLƏR
BLOGLAR
X