Dünya 18:45 17.05.2022

Avroviziya qalibləri Ukraynaya pul toplamaq üçün Avropa turuna başlayır

Ukraynanın builki Avroviziya mahnı müsabiqəsinin qalibləri Kaluş qrupu öz orduları üçün maliyyə toplamaq məqsədilə Avropa turuna başlayacaq.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə qurupun solisti Oleq Psiuk deyib.

"Hər performansda biz ordunun ehtiyacları üçün maliyə toplayacağıq”,- Oleq deyib.

Oleq gələn il Avroviziyanın Ukraynada keçiriləcəyinə ümid etdiyini bildirib və Mariupoldakı "Azovstal” zavodu döyüşçülərinə bu qədər dayana bildikləri üçün təşəkkür edib.

Ukraynadakı müharibə fonunda keçirilən builki Avroviziya yarışmasında Kaluş qrupu çox isti qarşılanıb və onlara hər yerdən böyük dəstək olub. Ukraynaya qarşı tam dəstək nəticəsində "Stefania" mahnısı ilə qrup yarışmada qalib olub.
 
Nurlan Hüseynov