Bakıda avtobusda ölüm faktı baş verib.
Qaynarinfo xəbər verir ki, hadisə yanvarın 26-da Yasamal rayonunda 53 saylı xətt avtobusunda qeydə alınıb. Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Məhyəddin Aydəmirovun infarktdan öldüyü bildirilir.
Qeyd edək ki, Məhyəddin Aydəmirov uşaq cərrahı olub və uzun müddət Sumqayıt Uşaq Xəstəxanasında çalışıb. O, 1957-ci ildə Quba rayonunda anadan olub və ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirovun qardaşıdır.
Şərhlər