Xəbər lenti

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi
Ölkə 15:08 27.01.2026

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycanda karate və döyüş sənətləri sahəsində tanınmış, əməkdar məşqçi və idman xadimi Mirəli Seyidov vəfat edib.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Karate Federasiyasından məlumat verilib.

O, uzun sürən xərçəng və şəkərli diabet xəstəliyinin ardından 69 yaşında vəfat edib.

Mirəli Seyidov karate üzrə 7-ci dan qara kəmər sahibi idi.
--> -->