Xəbər lenti

Azərbaycan növbəti dəfə Ukraynaya humanitar yardım göndərdi
Ölkə 14:55 27.01.2026

Azərbaycan növbəti dəfə Ukraynaya humanitar yardım göndərdi

Azərbaycan tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Qaynarinfo xəbər verir ki, yardımın göndərilməsi Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.

--> -->