Xəbər lenti

Azərbaycan və Çexiya arasında hərbi-texniki əməkdaşlıq sazişi təsdiq edildi
Ölkə14:07 23.11.2026

Azərbaycan və Çexiya arasında hərbi-texniki əməkdaşlıq sazişi təsdiq edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş"i təsdiq edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, 2026-cı il sentyabrın 30-da Bakı şəhərində imzalanmış saziş təsdiq edilib.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Müdafiə Sənayesi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Fərmana görə, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çex Respublikası Hökumətinə bildiriş göndərməlidir.