Xəbər lenti

"Vesta Construction" MTK-nın sahibi həbs edildi – 1 milyonluq dələduzluq
Ölkə10:32 23.11.2026

"Vesta Construction" MTK-nın sahibi həbs edildi – 1 milyonluq dələduzluq

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Vesta Construction” MTK-nın sahibi Ceyhun Musarza oğlu Quliyev həbs edilib.

Qaynarinfo “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, 1 milyon manatdan çox dələduzluqda ittiham olunur.

Şirkət rəhbəri çoxsaylı vətəndaş şikayəti əsasında polis tərəfindən saxlanılıb.

İttihama görə, “Vesta Construction” MTK tərəfindən eyni mənzil bir neçə şəxsə satılıb. Bu yolla satılan mənzillərin sayı çoxdur.

Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə yekun ittiham verilib. İş üzrə 7 nəfər zərərçəkmiş var.

Qeyd edək ki, sözügedən şirkətlə bağlı saytımıza da şikayət daxil olmuşdu.