Xəbər lenti

Şəhid qardaşı şəhid bacısı ilə evləndi
Ölkə23:19 22.11.2026

Şəhid qardaşı şəhid bacısı ilə evləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Biləsuvar rayonunda şəhid ailələrini bir araya gətirən əlamətdar hadisə yaşanıb.

Qaynarinfo xəbər verir ki, şəhid Ziyarət Hüseynovun qardaşı Vüqarla şəhid Zöhrab Kərimovun bacısı Günel ailə həyatı qurublar.

Rayondakı şadlıq saraylarından birində təşkil olunan toy mərasimində şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri və Azərbaycanın müxtəlif bölgələrindən gələn qonaqlar iştirak ediblər.

Qeyd edək ki, şəhid Ziyarət Hüseynov və şəhid Zöhrab Kərimov 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olublar.