Xəbər lenti

Ermənistanın yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı
Siyasət09:34 23.11.2026

Ermənistanın yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanın Baş naziri Nikol Paşinyan sosial media səhifəsində Ermənistan Respublikasının yeni Konstitusiyasının layihəsi barədə paylaşım edib.

Qaynarinfo xəbər verir ki, bu barədə news.am saytı məlumat yayıb.

"Əziz xalqım, əziz Ermənistan Respublikasının vətəndaşları! Bu məqsədlə xüsusi olaraq yaradılmış veb saytında Ermənistan Respublikasının yeni Konstitusiyasının layihəsini təqdim etməkdən məmnunam. Veb sayt hər bir vətəndaşın yeni Konstitusiyanın layihəsini oxuması və təkliflərini verməsi üçün mümkün qədər rahat şəkildə yaradılıb. Saat 10:00-da canlı yayımda çıxış edəcəyəm".

Məlumata görə, mətndə Müstəqillik Bəyannaməsinə istinad yoxdur. Sənəd 89 maddədən ibarətdir.

Qeyd edək ki, bu, Ermənistanla sülh sazişinin imzalanması üçün Azərbaycanın son şərtidir.