Xəbər lenti

Ada Süleymanın öldüyü qəza ilə bağlı cinayət işi açıldı
Ölkə09:47 23.11.2026

Ada Süleymanın öldüyü qəza ilə bağlı cinayət işi açıldı

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ARB TV-nin keçmiş aparıcısı Ada Süleymanovanın (Ada Süleyman) həyatını itirdiyi yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

Qaynarinfo xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi açılıb. Həmin maddə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasının iki və daha çox şəxsin ölümü ilə nəticələnməsini nəzərdə tutur.

Hadisə ilə əlaqədar müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, qəza paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində "VOYAH" markalı minik avtomobili ilə yük avtomobilinin iştirakı ilə baş verib. Hadisə nəticəsində minik avtomobilində olan sürücü Anar Kərimov və sərnişin Ada Süleymanova həyatını itirib.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xüsusi vasitələrin köməyi ilə hər iki şəxsin meyitini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məlumata görə, Ada Süleymanova doğum gününü yaxınları ilə qeyd etdikdən sonra evə qayıdarkən qəzaya düşüb.