Xəbər lenti

Qəzada ölən Ada Süleyman tanınmış aparıcı olub
Ölkə09:04 23.11.2026

Qəzada ölən Ada Süleyman tanınmış aparıcı olub

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Lökbatan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub.

Qaynarinfo xəbər verir ki, Ada Süleyman doğum gününü yaxınları ilə qeyd etdikdən sonra evə qayıdarkən qəzaya düşüb və hadisə nəticəsində dünyasını dəyişib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi və avtomobildə insanların sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Araşdırma zamanı “VOYAH” markalı minik avtomobili ilə yük maşınının toqquşduğu müəyyənləşib.

Qəza nəticəsində minik avtomobilində olan sürücü Anar Kərimov və sərnişin Ada Süleymanova həyatlarını itiriblər. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə onların meyitlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.