Dünya 16:08 22.03.2019

Avtobus qəzası 50 nəfərin ölümü ilə nəticələndi

Afrika ölkəsi Qanada 2 sərnişin avtobusu toqquşub.

Qaynarinfo Africa News-a istinadən xəbər verir ki, Bono əyalətində baş verən qəzadan sonra avtobuslardan biri alov alıb. Hadisə zamanı azı 50 nəfər həlak olub. 

Polis qəzanın səbəbini araşdırır.

Gülşən