Xəbər lenti

Avtomobildəki elektrik portları - Hansı əşyaları qoşmaq olmaz?
Dünya 09:25 21.11.2025

Avtomobildəki elektrik portları - Hansı əşyaları qoşmaq olmaz?

Çox insan avtomobildə olan balaca portu hələ də "siqaret alışdırıcısı” adlandırsa da, bu port uzun müddətdir ki, yalnız siqaret yandırmaq üçün istifadə olunmur. Bu gün o çıxış universal 12 voltluq elektrik yuvası kimi fəaliyyət göstərir və müxtəlif cihazların, aksesuarların enerji ilə təmin olunması üçün nəzərdə tutulub.

Qaynarinfo Slashgear-ə istinadən xəbər verir ki, bu portdan istifadə edərkən diqqətli olmaq lazımdır, çünki bəzi cihazların qoşulması portun zədələnməsinə və hətta avtomobilin akkumulyatoruna ciddi ziyan vura bilər.

Siqaret alışdırıcısının özünü qoşmaq olmaz

Müasir avtomobillərdə iki növ çıxış olur: universal 12 voltluq portlar və qızdırıcı elementlər üçün nəzərdə tutulmuş xüsusi portlar. Bunlar həm ölçü, həm də standart baxımından fərqlənir.

Aksesuar portları metal spiralın qızdırılması üçün nəzərdə tutulmayıb. Köhnə tip siqaret alışdırıcısını bu portlara güc tətbiq edərək soxmaq, onun ilişməsinə və ya portun içində qızmasına səbəb ola bilər. Bu, portun tamamilə zədələnməsinə gətirib çıxara bilər.

Uyğunsuz invertorlardan çəkinin

Dəyişən cərəyanla işləyən və ya yüksək enerji tələb edən cihazları avtomobildə qidalandırmaq üçün invertorlar istifadə olunur. Lakin hər invertorun öz limiti var: bəziləri yalnız 12 voltluq porta, digərləri isə birbaşa akkumulyatora qoşulmaq üçün nəzərdə tutulub.

Həddindən artıq güclü invertoru siqaret alışdırıcısı portuna qoşmaq çoxlu cərəyan çəkə bilər və bu portun qızmasına səbəb ola bilər. Buna görə, istifadə etməzdən əvvəl cihazın enerji tələbatını və avtomobilin portunun bunu qarşılayıb-qarşılamayacağını bilmək vacibdir.

Gecə qoşulu qalan cihazlar akkumulyatoru boşalda bilər

Bəzi avtomobildə olan elektrik yuvaları mühərrik söndükdə enerji kəsilir, bəziləri isə qoşulu qalan cihazları qidalandırmağa davam edir. Əgər videoregistrator, adapter hub və ya yüksək enerji sərf edən digər cihaz gecə ərzində aktiv portda qalsa, akkumulyator asanlıqla boşala bilər. Bu, xüsusilə soyuq havalarda avtomobilin işə düşməsinə mane ola bilər.

Ucuz şarj cihazları risk yaradır

Telefonlar üçün ucuz adapterlər qeyri-sabit gərginlik verə, qızaraq smartfonun batareyasına zərər verə bilər. Daha pis hal isə odur ki, belə adapter rozetkadan normadan artıq cərəyan çəkə və portun həddindən artıq qızmasına səbəb ola bilər. Bu isə həm portun, həm də cihazın zədələnməsinə gətirib çıxarır.

Yad cisimlərə diqqət

Siqaret alışdırıcısı portu avtomobilin elektrik sisteminə birbaşa çıxışdır. Ora yad cisim düşərsə, onu çıxarmaq üçün yalnız metal olmayan əşyalar və ya diqqətlə istifadə olunan pinsetdən yararlanmaq lazımdır. Kontaktlara toxunmaq təhlükəlidir və qısaqapanmaya səbəb ola bilər.

Mütəxəssislər vurğulayırlar ki, bəzi cihazları heç vaxt powerbank-a qoşmaq olmaz. Çünki bu cihazlar enerji baxımından yüksək tələbatlıdır və powerbank onların işləməsi üçün kifayət qədər güc verə bilmir.

Avtomobil siqaret alışdırıcısı portu gündəlik həyatda çox rahatlıq yaratsa da, onun istifadəsi zamanı diqqətli olmaq lazımdır. Köhnə tip alışdırıcılardan, yüksək güclü invertorlardan, gecə qoşulu qalan cihazlardan, ucuz və qeyri-sabit şarj cihazlarından və yad cisimlərdən uzaq durmaq, həm portun, həm də avtomobilin elektrik sisteminin sağlamlığı üçün vacibdir.
 
Günay

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->