Avtomobili sığorta olunan şəxsə 3 dəfə cərimə yazıldı (VİDEO)
Avtomobili icbari sığorta olunan şəxsə 3 dəfə cərimə yazılıb. Hadisə paytaxt sakini Canbaxış Nəcəfovun başına gəlib.
O, ötən ilin oktyabr ayının 25-də dövlət qeydiyyat ''90-VS-037'' olan avtomobilini növbəti 1 il üçün icbari sığorta etdirib. Buna baxmayaraq, onun avtomobilinə noyabr ayının 4-də, dekabr ayının 7-də və bu ilin yanvar ayının 2-də sığorta olunmadığına görə cərimə protokolları tərtib edilib.
Bundan sonra avtomobil sahibi məsələnin araşdırılması üçün aidiyyatı qurumlara ərizə ilə müraciət edib.
Məsələ ilə bağlı, avtomobilin sığorta olunduğu şirkətlə əlaqə saxladıq. Şirkətin nümayəndəsi bildirdi ki, avtomobilin sığortasının qüvvəyə minməməsinin səbəbi sistemdə yaranan texniki problem olub. Buna görə də, avtomobilə cərimə protokolu tərtib edilib. Bu gündən həmin müqavilə qüvvəyə minib. Həmçinin o da bildirildi ki, sığorta şirkət tərəfindən sürücüyə yazılan həmin cərimələr də bu gün ödəniləcək.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər