Xəbər lenti

Avtonəqliyyat Gömrük İdarəsində nə baş verir? - FOTOLAR
Ekonomiks 17:34 21.11.2013

Avtonəqliyyat Gömrük İdarəsində nə baş verir? - FOTOLAR

“Aldığımız maşının qiymətindən çox gömrük rüsumu veririk ”

Ölkədə gömrük işçilərindən şikayət edənlərin sayı durmadan artır.  Səbəb də odur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Avtonəqliyyat Gömrük İdarəsində ölkə xaricindən avtomobil  gətirənlərdən  rüşvət olaraq  artııq miqdarda pul alınmasıdır.  Avtomobil gətirənlər gömrükdə rüsum verərəkən maşını aldıqları məbləğdən iki dəfə artıq pul vermək məcburiyyətində qalırdıqlarını deyirlər. 

Bunu dəqiqləşdirmək üçün  Avtonəqliyyat Gömrük İdarəsinə getdik. Gömrük mühafizəçiləri içəri daxil olmağa icazə vermədilər. Onlar gömrük rüsumları ilə bağlı məlumatı həftənin tək günləri ala biləcəyimizi bildirdilər. Ancaq aldıqları avtomobilləri sənədləşdirmək üçün ora gələn vətəndaşlarla bu haqda söhbət etdik. 

Onlar xaricdən gətirilən avtomobillərə görə alınan rüsumla yanaşı rüşvətin məbləğinin də çox olduğunu deyirlər: “Almaniyadan maşın almışıq. Gətirdiyim maşın iki ilin maşınıdır, 24 minə almışam. İndi qardaşımı gözləyirəm, nə qədər rüsum verilməsi ilə bağlı içəridədir. Əgər bu keyfiyyətdə maşın Bakıda satılsaydı, gedib gətirməzdim. Çünki aldığım qiymətdən də çox gömrük rüsumu vermək məcburiyyətindəyəm. Hətta keyfiyyətlisi olsa belə çox bahadır. Digərləri isə qeyd edir ki, işlənmiş avtomobilə daha çox rüşvət alırlar: “İşlənmiş maşın alanda sənəd işləri çox olduğundan çox pul alırlar. İnsanları yorurlar. Onlar da məsələ tez bitsin deye məcburiyyətdən birdəfəlik pulu verib qurtarırlar. Ancaq təzə maşın olanda rüşvətin miqdarı çox olmur”. 

“Digər vətəndaş isə minik maşını yox, yük maşını gətirdiyini deyir: “Mən ilk dəfədir ki, xaricdən maşın gətirirəm. Gətirdiyim maşın yük maşınıdır. Ancaq məndən nə qədər rüsum alacaqlarını bilmirəm. Bildiyim odur ki, burada maşının qiymətindən çox rüşvət alırlar”.

Bundan əlavə, maşın nömrələrinin qiymətləri ilə də maraqlandıq. Maşın nömrəsi alan şəxs qiymətlərin nömrələrə görə dyişdiyini deyir: “Burada standart qiymət yoxdur. Bahalı və ucuz nömrələr olur. Mənim aldığım nömrə isə 98 manatdır. Yaxşı, tez yadda qalan nömrələr daha baha olur”./musavat.com/

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->