Xəbər lenti

Avtovağzalda avtobus problemi: Qiymətlər də artırıldı (VİDEO)
Video 23:45 22.03.2018

Avtovağzalda avtobus problemi: Qiymətlər də artırıldı (VİDEO)

Bayram istirahəti başa çatmasa da, bölgələrdən paytaxta qayıdan sərnişinlərin sayı çoxalıb.

Xezerxeber.az-ın məlumatına görə, Cəlilabad avtovağzalında Bakıya getmək istəyən sərnişinlər həmin istiqamətdə marşrut olmadığı üçün saatlarla yolda gözləməli olublar. Rayondan Bakıya getmək istəyən sərnişinlər avtobus problemi ilə üzləşiblər.

Rayon sakinlərinin sözlərinə görə, sürücülər sərnişin sıxlığından istifadə edərək qiymətləri artırıblar. Adi vaxtlarda Cəlilabad-Bakı marşurutu ilə sərnişinlər 5 manata gedirdilərsə, indi qiymət 8-9 manata qaldırılıb.

Sərnişinlərin bir çoxu baha qiymətə belə getmək istəsə də, yenə də marşurut tapılmır. Eyni istiqamətdə sərnişindaşıma ilə məşğul olan taksilər də qimətləri 10 manatdan 20 manata qaldırıblar.

Məsələ ilə bağlı Cəlilabad avtovağzalından bildirdilər ki, sərnişin sıxlığının yaranmasının səbəbi Cəlilabad avtovağzalındakı mikroavtobus sürücülərinin xətdən çıxaraq Biləsuvar-İran sərhədindən baha qiymətə iranlı turistləri daşımağa getmələridir. Bundan başqa, qurumdan o da bildirildi ki, hər il Bakı Beynəlxalq Avtovağzalından bayram günlərində kömək üçün Cəlilabad-Bakı marşrutu üzrə əlavə mikrovatobuslar göndərilsə də, bu il nəzərdə tutulmayıb. Elə buna görə də rayonda sərnişindaşımada çətinlik yaranıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->