Xəbər lenti

Avtovağzalın dayanacağı zəbt olundu: bu lüks
Foto 14:38 31.08.2018

Avtovağzalın dayanacağı zəbt olundu: bu lüks "Mercedes"lər kimindir? (FOTOLAR)

Bakı Beynəlxalq avtovağzalının zirzəmisində yerləşən dayanacaq zəbt olunub.
 
Qaynarinfo xəbər verir ki, vətəndaşların avtomobillərini park etmələri üçün nəzərdə tutulmuş yerlər lentə alınıb. Kiminsə şəxsi dayanacağına çevrilən dayanacaqda onlarla ən son model "Mercedes" markalı avtomobilləri saxlanılıb. Çıxış üçün nəzərdə tutulan istiqamətlər bağlanıb. Yalnız bir yerdən çıxış qoyulub ki, bunu da çox çətinliklə tapırsan.
 
Qeyd edək ki, Beynəlxalq Avtovağzalda müəmmalar bunula da bitmir. Belə ki, sərnişinlərin yüklərini bir müddətliyə qoymaları üçün nəzərdə tutulan saxlama kameraları da yığışdırılıb.

Bu barədə Qaynarinfo-ya vətəndaşlarıdan biri məlumat verib. O, saxlama kameraları olanda, rahat şəkildə yüklərini qoyub, gedə bilirdilərsə, indi böyük çətinliklərlə üzləşdiklərini qeyd edib:

"Saxlama kameraları avtovağzalda bir yerdə var idi. Artıq onu da yığışdırıblar. Mühafizəçi deyir ki, aşağıda ayaqyolunda arvadlar saxlayır. İstəsən düş ora, ver saxlasınlar. Aparıb verdim və yükümü saxlamaqları müqabilində məndən 3 manat pul aldılar. Bu nə xidmətdi? Bu xidmətin bir adı varmı?!".
 
Qeyd edək ki, məsələ ilə əlaqədar Beynəlxalq Avtovağzalın mətbuat xidməti ilə nə qədər əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.
 
Qafqaz Rafiqoğlu
Çingiz Səfərli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->