Ölkə 22:00 23.03.2019

Axtarışda olan 57 nəfər tutuldu

20-22 mart tarixlərində Azərbaycanın daxili işlər orqanları tərəfindən 41 cinayətin üstü "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 43 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.