Xəbər lenti

Ayaz Mütəllibov Bakını tərk etdi
Ölkə 20:34 19.08.2013

Ayaz Mütəllibov Bakını tərk etdi

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Bakını tərk edib. 

Yaxınlarının “Media forum” saytına verdiyi məlumata görə, Mütəllibov Şamaxının kəndlərindən birindədir. Onu Şamaxıya yaxın dostu istirahət üçün dəvət edib. Sabiq prezident sentyabrın 10-dək rayonda qalacaq.

Mütəllibov 1990-cı ildə Azərbaycan prezidenti seçilib. 1992-ci il martın 6-da istefa verib. Həmin il mayın 14-də vəzifəsinə qayıdıb, ancaq bir gün sonra xalq hərəkatının təzyiqi altında prezidentlikdən çəkilərək ölkəni tərk edib. O vaxtdan Rusiya paytaxtı Moskvada yaşayıb.

2012-ci ilin iyun ayında Azərbaycanda sabiq prezidentlərin və ailə üzvlərinin təminatını nəzərdə tutan konstitusiya qanunu qüvvəyə minib, bununla da Mütəllibov ölkəyə qayıtmaq imkanı əldə edib. 2012-ci il iyulun 7-dən Mütəllibov Bakıda yaşayır.

Qaynar.info 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->