Xəbər lenti

Aygün Kazımova ilə bağlı araşdırma başlayıb - İDDİA
Ölkə 21:46 08.04.2016

Aygün Kazımova ilə bağlı araşdırma başlayıb - İDDİA

Hüquq mühafizə orqanları tərəfindən müğənninin ermənilərlə əlaqələrinin təftiş edildiyi, xalq artistinin barəsində mətbuatda yazılanların yoxlanıldığı deyilir

Azərbaycan hüquq mühafizə orqanları ölkəmizin şou-biznesinə sızmış erməniəsilli şəxslər və onların əlaqələrini araşdırır. Bu haqda musavat.com-a etibarlı mənbədən məlumat daxil olub. Redaksiyamıza daxil olan məlumata görə, məsələni bir neçə orqan paralel olaraq saf-çürük edir. Belə bir araşdırmaların aparılmasını zəruri edən isə bir müddət əvvəl ölkə mediasında yayılan məlumatlardır. 

Belə ki, bir müddət əvvəl “Yeni Müsavat” qəzetində “Azərbaycanın şou aləmində Ermənistanın xüsusi xidmət orqanlarının agentləri var” sərlövhəli yazı dərc edilmişdi. Həmin yazıda Ermənistan xüsusi xidmət orqanlarının qadın alverçiləri, qeyri-ənənəvi oriyentasiyalı şəxslər üzərindən Azərbaycanın şou aləminə nüfuz etmələrinin detalları haqda bilgilər yer almışdı. Redaksiyamıza daxil olan məlumatlardan belə aydın olurdu ki, düşmən ölkənin xüsusi xidmət orqanları vaxtilə Ermənistanda yaşamış, sonradan Gürcüstana köç edərək orada məskunlaşan Ekmalyan ailəsinin üzvləri üzərindən Azərbaycan və Türkiyədə agent şəbəkəsini qura biliblər.

Bu ailənin Azərbaycanda tanınan siması Romazzo adlı modelyerdir. Romazzo zaman-zaman Azərbaycanda və Türkiyədə keçirilən müxtəlif moda tədbirlərində fəxri qonaqlar sırasında yer alıb. Türkiyədə Romazzonun təşkil etdiyi müsabiqəyə qatılan model xanımlar sonradan şəxsiyyət vəsiqələri əllərindən alınaraq seks-köləliyə məcbur ediliblər. Həmin modellər arasında Azərbaycandan aparılan xanımlar da olub. Bu haqda Türkiyə mediasında zamanında yazılar dərc olunub. 

Romazzonun Azərbaycanda əsas əlaqəsi olduğu şəxs kimi Aygün Kazımova göstərilirdi. Xatırladaq ki, bu yazılar A.Kazımovanın Ramozzi və digər erməniəsilli şəxslərlə foto və video görüntülərinin müşayiəti ilə dərc olunub. 

Bu səs-küylü materiallar, deyilənə görə, hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Redaksiyamızı bu barədə bilgiləndirən mənbə iddia edir ki, artıq Aygün Kazımova ilə bağlı araşdırma başladılıb. Müğənninin barəsində yazılanlar araşdırılır. (musavat.com)

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->