Maqazin 10:52 30.10.2014

Aygünlə Namiq yenidən bir arada - VİDEO

Xalq artisti Aygün Kazımova İnstaqram səhifəsində keçmiş sevgilisi, duet ortağı, meyxanaçı Namiq Qaraçuxurlu ilə videosunu paylaşıb.

Axşam.az-ın məlumatına görə, toy məclislərindən birində bir araya gələn ifaçılar “Qısqanıram” mahnısını oxyublar. Cütlüyün yenidən eyni səhnəni paylaşmaları və yayılan videoları sosial şəbəkədə maraqla qarşılanıb.

Qeyd edək ki, A.Kazımova və N.Qaraçuxurlu işbirliklərini bitirdikdən sonra uzun müddət küsülü qalıb. Cütlük mayda şəhərdə keçirilən konsertdə bir araya gələrək barışığa imza atmışdı.

Qaynar.info