ChatGPT aylıq ziyarətçi sayına görə dünyanın ən populyar saytları arasında ilk beşliyə daxil olub və yalnız Google, YouTube, Facebook və Instagramdan geri qalır.
Qaynarinfo xəbər verir ki, bu barədə PCMag
yazır, məlumatı isə Similarweb analitik platforması 2025-ci ilin sentyabr ayı üzrə açıqlayıb.
Şirkətin məlumatına görə, təkcə bir ay ərzində ChatGPT təxminən 6,3 milyard ziyarət əldə edib və bu, generativ İA platformalarına düşən ümumi trafikin 76%-i deməkdir. Çat-botlar arasında ikinci yerdə Google Gemini dayanır – bir qədər 1 milyarddan çox ziyarət və 12,57% payla.
Ümumilikdə, çat-botlara trafik illik müqayisədə 76% artıb, mobil tətbiqlərdə sessiyaların sayı isə yeddi dəfə yüksəlib. Digər xidmətlər daha kiçik paya malikdir: Çin DeepSeek-in payı təxminən 4%, X-in Grok-u və Perplexity isə hər biri 2%-dən bir qədər çox göstəriciyə sahibdir.
İstifadəçilərin yaş profili də dəyişib. 2023-cü ildə çat-bot auditoriyasının 61%-i 18–34 yaş aralığında idisə, 2025-ci ildə onların payı 53%-ə düşüb. Əvəzində 45 yaş və yuxarı istifadəçilər artıq ümumi auditoriyanın təxminən 30%-ni təşkil edir.
Alpər
Şərhlər