Aynişan dələduzluqda ittiham edildi (VİDEO)

Aynişan dələduzluqda ittiham edildi (VİDEO)

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyevanın 1,2 milyonluq "İnstagram" səhifəsində keçirdiyi "giveaway" ətrafında qalmaqal yaşanıb.

Qaynarinfo xəbər verir ki, Aynişanın seçim zamanı saxtakarlıq etdiyi iddia olunub.

Belə ki, "Instagram"da bir çox səhifələrdə seçim zamanı əvvəlcədən müəyyən edilən şəxsin qalib kimi göstərildiyi bildirilib. Yazılan şərhlərdə hər kəs Aynişanı dələduzluqda ittiham edib.

Bir neçə həftə əvvəl Aynişan yarış keçirəcəyini, beş böyük hədiyyə və avtomobil verəcəyini bildirib. Ödəniş qarşılığında müxtəlif sponsorlar yığılıb. Yarışı Aynişan öz səhifəsində reklam etsə də, izləyiciləri başqa bir səhifəyə yönləndirib.

İlk növbədə qalibin seçiləcəyi "Random" proqramı blogerin telefonunda əvvəldən olub. O, canlı yayımda dörd qalibi seçib. Növbə əsas hədiyyəyə - avtomobilə gəldikdə isə Aynişan internetin zəif olduğunu, canlı yayımın kəsildiyini bildirib. Sosial şəbəkədə bunla bağlı video yayımlanıb və bildirilib ki, həmin ərəfədə təşkilatçılar əvvəldən müəyyən edilmiş şəxsə hazır olmasını, birinci zəngdə cavab verməməsini xəbər ediblər.

Ssenariyə əsasən Aynişan yenidən canlı yayıma qoşularaq, artıq avtomobilin sahibinin məlum olduğunu açıqlayıb. O, qalibə zəng edib. Həmin şəxs birinci zəngə cavab verməyib. Canlı yayımı skrin edən təşkilatçı səhvən sözügedən "whatsapp" yazışmasını da lentə alıb. Həmin görüntüləri isə Aynişan diqqətsizlik edərək səhifədə yerləşdirib. O, daha sonra videoya müəllif hüquqları verərək, digər səhifələrdə paylaşılmasının qarşısını alıb. Bloger sözügedən videonu səhifəsindən və digər profillərdən sildirib.

A.Quliyeva iddialara cavab verərək, "Instagram" hesabında video yayımlayıb. O bildirib ki, yayılan xəbərlər şayiədir və o, yarışı şəffaf keçirib:

"Azərbaycanda ən aktiv səhifə mənimdir. Çox yarış təklifləri gəlirdi, qəbul etmirdim. Amma sonradan etdim. Səhifəmdəki yarışı təşkilatçılar keçirir. Əgər pul hərisi olsaydım ayda 10-15 yarış keçirərdim. Bunu da bacararam, sponsorlar mənə asanlıqla gəlir".
X
XƏBƏRLƏR
BLOGLAR