Xəbər lenti

Mətanətin yerinə o gəldi (FOTO)
Maqazin 09:34 08.07.2025

Mətanətin yerinə o gəldi (FOTO)

"Xəzər TV"də yayımlanan "Xəzər axşamı" verilişində müvəqqəti dəyişiklik olub.

Qaynarinfo xəbər verir ki, proqramın aparıcısı Mətanət Əliverdiyevanı həmkarı Aytəkin Mərdanova əvəzləyib. Veriliş bu gün onun təqdimatında izləyicilərə nümayiş olunur.

Aytəkin həmkarının məzuniyyətdə olduğunu və hazırda ölkə xaricində istirahət etdiyini bildirib.

Qeyd edək ki, Mətanət ötən həftə işləri ilə bağlı 15-20 gün proqramda aparıcılıq etməyəcəyini bildirmişdi.

Aytəkin həmçinin "Xəzər TV"də yaımlanan "Qonaqcanlı" verilişinin aparıcısıdır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->