İdman 14:05 27.10.2019

Ayxan Mamayev müalicə üçün Türkiyəyə aparıldı (FOTO)

Böyrək çatışmazlığından əziyyət çəkən karate üzrə Avropa çempionu Ayxan Mamayev müalicə üçün Türkiyəyə aparılıb. 

Qaynarinfo bildirir ki, bu barədə idmançının özü sosial şəbəkə hesabında məlumat verib.

"Hər kəsə cavab yaza bilmirəm. Dəstəyiniz üçün, maraqlandığınız üçün çox sağ olun. Türkiyədəyəm. Düzələcəyəm İnşallah. Dua edin”, - idmançı "Instagram"da qeyd edib.