Yazıçı Azad Qaradərəlinin Polşanın Rideyro nəşriyyatında "Ostatnia zapalka" ("Sonuncu kibrit çöpü") adlı hekayələr kitabı işıq üzü görüb.
Bu barədə Qaynarinfo-ya müəllif özü kitab haqqında məlumat verib.
Azad Qaradərili bildirib ki, toplu həm elektron formada , həm kağız formatda çap olunub:
"Burada yazıçının 9 hekayəsi, "Özündən əmin bəy və Avropa gözəli Vanda xanım" uzun hekayəsi və müəllif haqda qısa məlumat yer alıb".
Yeni nəşrdə yer alan əsərləri rus və Azərbaycan dillərindən polyakcaya Hicran Əliyeva çevirib. Kitabın korrektoru Marek Kurek, dizayn mühəndisi Teymur Fərzidir.
Şərhlər