Ölkə 12:19 26.02.2021

Azad Rəhimovun vəziyyəti necədir? (AÇIQLAMA)

Gənclər və idman nazirinin müavini İntiqam Babayev nazir Azad Rəhimovun səhhəti ilə bağlı son vəziyyəti açıqlayıb.

İ.Babayev APA-ya açıqlamasında bildirib ki, Azad Rəhimovun vəziyyəti hazırda yaxşılaşmağa doğru gedir: 

"Hər gün nazirlə birbaşa əlaqə saxlayırıq. Bütün lazımi tapşırıqlar verilir. Ümid edirik ki, tezliklə müalicə tam bitəcək və nazir işinin başına dönəcək".