Siyasət 18:07 25.07.2013

AZAL şefindən Rüstəm İbrahimbəyova XƏBƏRDARLIQ

Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanının rəhbərliyi Rüstəm İbrahimbəyovu qarşılamaq üçün aeroporta çoxsaylı insanların toplaşmasına heç bir vəchlə imkan verməyəcək.

Virtualaz.org saytının aeroportdakı qaynaqlarından aldığı məlumata görə, Milli Şuranın sədri, birləşmiş müxalifətin prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun Bakıya gələcəyi gün hava limanının mühafizə xidməti gücləndirilmiş iş rejiminə keçiriləcək, aeroportda qarşıdurma, gərginlik və qeyri-qanuni hərəkətlərin olmaması üçün, təhlükəsilik məqsədilə müvafiq əlavə tədbirlər görüləcək.

“Aeroport strateji əhəmiyyətli obyektdir. Onun ərazisində hansısa aksiyaların keçirilməsi qanunazidd əməldir. AZAL rəhbərliyi isə buna əsla yol verməyəcək” - deyə hava limanının adının çəkilməsini istəməyən yüksək rütbəli əməkdaşı bildirib.

Qeyd edək ki, Milli Şuranın sədri R.İbrahimbəyov Bakıya iyulun 31-də günorta Tiflis-Bakı aviareysi ilə gələcək.

Qaynar.info