İdman 12:16 04.02.2022

Azarkeşlər "Real"ın avtobusunu bərbad duruma saldı (FOTOLAR, VİDEO)

Kral Kubokunda "Atletik"lə qarşılaşan "Real"ın avtobusu bərbad hala salınıb.
 
Qaynarinfo xəbər verir ki, "Kral Kuboku"nun 1/4 final mərhələsində "Atletik"in qonağı olan "Real" qarşılaşmadan əvvəl xoşagəlməz halla üzləşib. Bu haqda sosial şəbəkələrdə fotolar yer alıb. 

Oyundan əvvəl "Real"ın futbolçularını daşıyan avtobus "San Mames" stadionuna çatdıqda, yüzlərlə rəqib azarkeş eyni vaxtda nəqliyyat vasitəsini su şüşələri ilə "atəşə" tutub.

Hadisədən sonra avtobusun şüşələrindəki çatlar diqqət çəkib.
 
Qarşılaşmada 1:0 hesabı ilə qələbə qazanan Bilbao təmsilçisi növbəti mərhələyə adlayıb.