Xəbər lenti

Siyasət 18:57 08.07.2019

Azay Quliyev: "Bu uğurun arxasında Pprezident İlham Əliyevin mükəmməl və qətiyyətli siyasəti dayanır"

Xəbər verdiyimiz kimi, Lüksemburqda keçirilən ATƏT PA-nın yekun plenar iclasında Assambleyanın rəhbər heyətinin seçilməsi ilə bağlı səsvermə keçirilib. Səsvermə nəticəsində, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev yenidən və yekdilliklə bu vəzifəyə seçilib.

Qaynarinfo xəbər verir ki, Azay Quliyev ikinci müddətə ATƏT PA-nın vitse-prezidenti seçilməsini, mühüm beynəlxalq platformada ölkəmizin əldə etdiyi növbəti uğuru Prezident İlham Əliyevin mükəmməl və qətiyyətli siyasətinin nəticəsi adlandırıb: "İkinci müddətə ATƏT PA-nın vitse- prezidenti vəzifəsinə yekdilliklə seçilməyim ölkəmizə olan yüksək etimadın və inamın göstəricisidir. Beynəlxalq aləmdə qazanılan hər bir uğurun arxasında ölkə prezidenti cənab İlham Əliyevin mükəmməl və qətiyyətli siyasəti dayanır".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->