ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə sazişini yalnız İsraillə münasibətləri normallaşdırmağa razılaşdığı təqdirdə imzalayacaq.
Qaynarinfo Britaniyanın "Financial Times" qəzetinə istinadən xəbər verir ki, bunu Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
"ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan bildirib ki, Bayden administrasiyası krallıq və İsrail münasibətləri normallaşdırmağa razılıq verməsə, Səudiyyə Ərəbistanı ilə müdafiə sazişi imzalamayacaq", deyə nəşr yazıb.
Sallivan deyib ki, iki məsələ "hərtərəfli baxış"ın bir hissəsidir və onları bir-birindən ayırmaq olmaz.
Cümə axşamı "Bloomberg" məlumatlı mənbələrə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı və ABŞ qarşıdakı həftələrdə müdafiə sazişi bağlaya bilər. Bu da krallığın İsraillə diplomatik əlaqələrinin normallaşdırılmasını nəzərdə tutur.
2020-ci ildə ABŞ İsrail və ərəb ölkələri arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş prosesə başlayıb. Nəticədə Sülh Sazişləri adlanan bir sıra sənədlər imzalanıb. Sazişlərə BƏƏ, Bəhreyn və Mərakeş də qoşulub. Sudan hakimiyyəti sazişlərə qoşulmaqda maraqlı olduğunu bildirib və onların deklarativ hissəsini ABŞ-ın keçmiş maliyyə naziri Stiven Mnuçinin iştirakı ilə imzalayıb, lakin sonra İsraillə müvafiq sənədi imzalamayıb.
Fələstin hakimiyyəti ərəb ölkələrinin muxtariyyət sakinlərinin hüquqlarının qorunmasının zərərinə İsraillə münasibətləri normallaşdırmaq üçün atdığı addımları tənqid edib. 2020-ci ilə qədər İsrail regionda yalnız iki ərəb ölkəsi - İordaniya və Misirlə diplomatik əlaqələr saxlayırdı.
2023-cü il avqustun əvvəlində ABŞ və Səudiyyə Ərəbistanı krallıq və İsrail arasında münasibətlərin normallaşdırılmasına dair sazişin konturları üzərində razılığa gəliblər.
Aydın
Şərhlər