Siyasət 16:43 12.07.2019

Azər Qasımlının ölkədən çıxışına qoyulan qadağa götürüldü

"Respublikaçı Alternativ” Partiyasının (REAL) üzvü Azər Qasımlının ölkədən çıxışına qoyulan qadağa götürülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə A. Qasımlı özünün "Facebook” səhifəsində məlumat verib.

O qeyd edib ki, Nəsimi Rayon Məhkəməsində Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi tərəfindən ölkədən çıxışına 3 il əvvəl qoyulan qadağa ləğv edilib.