Maqazin 23:07 21.11.2019

Azər üçüncü dəfə evlənməsindən danışdı: “Ailəmizdə yasdır”

Aparıcı Azər İsmayılov bu gün toyu olması məsələsinə reaksiya verib.

Qaynarinfo musavat.com-a istinadən xəbər verir ki, o, üçüncü dəfə nikah masasına oturacağı barədə yayılan məlumatları şayiə adlandırıb. Azər bildirib ki, hazırda onların ailəsində yasdır:

"Ailə üzvlərim hazırda yasdadır. Əmim oğlu neft daşlarında suda batdı. Meyiti uzun axtarışdan sonra tapıldı. Toy yoxdur".

Qeyd edək ki, Azər bu haqda özünün "xeber24" "Youtube" kanalında açıqlama yayıb.