Xəbər lenti

Evində çalışan qadın qızıllarını oğurlayıb
Maqazin 15:56 26.06.2025

Evində çalışan qadın qızıllarını oğurlayıb

Rəqqasə Fatimə Fətəliyeva evindən qızıllarının oğurlandığını deyib.

Sənətçi bu haqda "İncə səhər" verilişində söyləyib. O bildirib ki, evində çalışan qadın onun bahalı əşyalarını oğurlayıb:

"Evimdə 4 il işləyən qadın oğurluq etdi. Deyirdim, ondan yaxşısı mümkün deyil. Mənə, anama, uşaqlarıma necə can yandırırdı. Hər dəfə evimdən qızıllarım, brilyantlarım itirdi. Məndə bir xasiyyət var idi, qızılları çıxardıb harasa atırdım. O da bunu bildi və götürürmüş. 4 ildən sonra elə məqam oldu ki, üstü açıldı. Mənə hədiyyə edilən özəl zinət əşyası var idi. İtdi, başqa yerdə satışda olub. Mənə zəng gəldi ki, bunları satmısan? Dedim yox, itirmişəm. Bir günün içində kameradan tapdılar ki, kim gətirib satmağa. Qadının ailəsi gəldi yalvardı, polisə şikayət etmədim. İndi Allah bilir harda çalışır, kimin evini yıxır".//Axşam.az 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->