Ölkə 11:06 30.07.2018

"Azəravtoyol" 2 ildir xəstələrə zülm edir (FOTO)

Bakının Mərkəzi Neftçilər Xəstəxanasının qarşısındakı yeraltı keçiddə eskolatorlar artıq 2 ilə yaxındır ki, işləmir.

Qaynarinfo xəbər verir ki, eskolatorla aşağı düşmək mümkün olsa da, qalxmaq üçün pilləkənlərdən istifadə etməlisən. Bu isə yaşlı insanların, xüsusən də müalicəyə gəlmiş xəstələrin gediş-gəlişində böyük çətinlik yaradır.

Onlar məsələ ilə əlaqədar müvafiq qurumlara məlumat versələr də, problem hələ də öz həllini tapmayıb.

Qeyd edək ki, eyni problemlə şəhərin digər yeraltı keçidlərində, o cümlədən Heydər Əliyev Sarayının qarşısındakı keçidlərdə də rastlaşmaq mümkündür.
 
Çingiz Səfərli