Azərbaycan 2 Ermənistan vətəndaşını azad etdi (VİDEO)

Azərbaycan 2 Ermənistan vətəndaşını azad etdi (VİDEO)

Rusiyanın Qarabağ bölgəsində yerləşdirilmiş sülhməramlı kontingenti yeni açıqlama yayıb.

Modern.az verir ki, sülhməramlıların "qaynar xətti”nə daxil olmuş məlumat əsasında Azərbaycanın Xocalı rayonunun Pirlər kəndindən olan Ademnik Ambartsumyan və Ramid Xaçaturyan adlı şəxslərin itkin düşdüyü müəyyən olunub.

Rusiya tərəfi alınmış məlumat əsasında Azərbaycan tərəfi ilə əlaqə saxlayıb. Həımin şəxslərin hərbçilərimiz tərəfindən saxlanılaraq Bakıya gətirilikləri müəıyyənləşib. Sülhməramlıların komandanlığı və Azərbaycan tərəfi arasında aparılan danışıqlar nəticəsində Ambartsumyan və Xaçaturyan Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus təyyarə ilə Bakıdan Yerevana gətiriliblər. Onlar Ermənistan Sərhəd Xidmətinə təhvil veriliblər.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR