Xəbər lenti

Azərbaycan Avropa Çempionatında 2-ci qızılı aldı
İdman 10:11 04.04.2014

Azərbaycan Avropa Çempionatında 2-ci qızılı aldı


Azərbaycanlı güləşçi Hacı Əliyev Finlandiyanın Vantaa şəhərində keçirilən Avropa Çempionatında qızıl medal qazanıb. O almaniyalı, gürcüstanlı, ukraynalı rəqiblərini məğlub edərək, finalda rusiyalı rəqibinə qalib gəlib.

Digər azərbaycanlı güləşçi Cəbrayıl Həsənov isə finala yüksəlib. Rusiyalı rəqibinə qalib gələrsə ölkə adına 3-cü qızıl medalı alacaq.

Yarış başlayan gündən 3 gün ərzində Azərbaycan idmançıları ümumilikdə 2 qızıl, 2 gümüş medal qazanıb –  Hacı Əliyev və Mariya Stadnik qızıl, Xetaq Qazyumov və İrina Netreba isə gümüş.

Qaynar.info
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->