Xəbər lenti

Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulub
Ölkə 19:47 22.11.2019

Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulub

Azərbaycan bu gün Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) donor ölkələr icmasına qoşulmaqla Bankla tərəfdaşlığını daha da möhkəmləndirib.

AYİB-dən Qaynarinfo-ya verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 2 milyon ABŞ dolları dəyərində qrantı ölkə iqtisadiyyatını diversifikasiya etməyə kömək etmək, qeyri-neft sektorunda özəl bizneslərin inkişafını təşviq etmək, innovasiya imkanlarını genişləndirmək və ixrac potensialını artırmaq üçün müxtəlif sektorlarda AYİB-in layihələrinə dəstəyi təmin edəcək.

AYİB-in prezidenti Suma Çakrabarti və Azərbaycanın Baş Naziri Əli Əsədov AYİB-in Londondakı baş qərargahında keçirilən ilk "Şərq Tərəfdaşlığı” İnvestisiya Sammitində vəsaitin ayrılması üçün müvafiq saziş imzalayıblar.

Məlumatda bildirilir ki, AYİB Azərbaycanda qabaqcıl institusional investorların biri olmaqla iqtisadiyyatın diversifikasiyası və özəl sektorun inkişafı istiqamətində edilən səyləri dəstəkləməyi diqqət mərkəzində saxlayır.

Azərbaycanın öhdəliyinə götürdüyü yeni vəsait innovasiya və yeni texnologiyaların, regionların inkişafının, eləcə də enerji səmərəliliyini artıran layihələrdə dayanıqlı və bərpa olunan enerjinin təşviq edilməsi məqsədilə xüsusilə kənd təsərrüfatı sektorunda olmaqla, Kiçik və Orta Sahibkarlıq subyektlərinə və qadınların təsis etdiyi bizneslərə kömək etmək üçün istifadə olunacaq.

Qrantlar nəqliyyat və bərk tullantıların idarə edilməsi kimi şəhər infrastrukturu sahəsində konsaltinq layihələri və investisiyalara, həmçinin, Azərbaycan iqtisadiyyatını daha da möhkəmləndirmək üçün strateji göstərişlər təmin etmək istiqamətində siyasət islahatlarına dəstəyi təmin edəcək.

Vəsait investisiya qrantları, təşviqedici ödənişlər və risklərin bölüşdürülməsi vasitələri formasında ayrıla bilər.

Məlumatda o da qeyd olunur ki, AYİB indiyədək Azərbaycanda 168 layihəyə 3,3 milyard avro vəsait ayırıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->