Foto 15:08 06.10.2019

Azərbaycan Bəhai Dini İcması iki film təqdim etdi (FOTOLAR)

 
2019-cu il Bəhai dini icması üçün əlamətdar ildir. Dünyanın 234 ölkəsində Bəhai dininə mənsub insanlar oktyabrın 29-da dinlərinin banisi Seyyid Əli Məhəmməd Babın 200 illik yubileyini təntənəli şəkildə qeyd etməyə hazırlaşırlar. 
 
Azərbaycan Bəhai Dini İcmasının İctimai Əlaqələr ofisindən Qaynarinfo-ya bildirilib ki, ölkəmizdə də bununla bağlı bəhai icmaları tərəfindən silsilə tədbirlərin, o cümlədən filmlərin nümayişi nəzərdə tutulub.

Oktyabrın 5-də yubileylə bağlı "Nizami” kinoteatrında "Qatar mənzili” və "Vəd Olunmuş Gun” filmlərinin premyerası keçirilib. Filmlər Azərbaycan Yaradıcılıq Fondunun və Azərbaycan Bəhai icmasının birgə layihəsi kimi hazırlanıb. 

Numayişin əvvəlində Azərbaycan Bəhai Dini İcmasının İctimai Əlaqələr ofisinin koordinatoru Abin Əfəndiyev filmlərin hazırlanmasında zəhmətləri olmuş Azərbaycan Yaradıcılıq fondunun kollektivi - Qismət Rüstəmova, ssenari müəllifi Tural Cəfərova, prodüser Fuad Cəfərova, rejissor Pərviz Həsənova, aktyorlar Kamran Yunisə, Hikmət Rəhimova və Hüsniyyə Mürvətovaya, operator Pərvanə Həsənovaya, həmiçinin bu layihəyə  mənəvi dəstək olmuş Dini Qurumlarla iş üzrə Dövlət komitəsinə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Bakı Multikulturalizm Mərkəzinə və "Nizami” kinoteatrının rəhbərliyinə Azərbaycan Bəhai Dini icması adından minnətdarlığını bildirib.

Sonra filmlər nümayiş etdirilib və qonaqlar tərəfindən alqışla qarşılanıb.