Xəbər lenti

Azərbaycan boksçusu dünya çempionu oldu
İdman 17:37 13.12.2025

Azərbaycan boksçusu dünya çempionu oldu

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
 
Qaynarinfo-nun məlumatına görə, idmançı finalda Rusiya təmsilçisi Edmond Xudayana qalib gəlib.

Qeyd edək ki, Azərbaycan yarışda 11 boksçu ilə təmsil olunub. Daha əvvəl Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) bürünc medala sahib çıxıblar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->