Xəbər lenti

Azərbaycan çempionunun baş məşqçisi qaçdı -Qalmaqal
Maqazin 13:34 03.10.2014

Azərbaycan çempionunun baş məşqçisi qaçdı -Qalmaqal

Futzal üzrə Azərbaycan millisinin və "Araz" klubunun baş məşqçisi Joze Alesio da Silva gözlənilmədən Qazağıstan "Kayrat"ına keçib. Sport7.az xəbər verir ki, təcrübəli mütəxəssis bu addımını heç kimlə razılaşdırmadan atıb.

Maraqlıdır ki, Alesionun Naxçıvan klubu ilə müqavuləsi var. Belədə, braziliyalı mütəxəssisi ciddi sanksiya gözləyir. Bununla bağlı AFFA-nın baş katibi Elxan Məmmədova Azərbaycan Futzal Federasiyasının rəhbərliyi tərəfindən məlumat verilib. Baş katibdən UEFA-nı məlumatlandırmağı və müvafiq cəza tətbiq etməyi xahiş edilib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->