Siyasət 10:33 26.09.2018

Azərbaycan daha bir ölkə ilə diplomatik əlaqələr qurub (FOTO)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda San-Tome və Prinsipi Demokratik Respublikasının xarici işlər və icmalar naziri Urbino Botelho ilə görüşüb.

Bu barədə Qaynarinfo-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

BMT Baş Assambleysının 73-cü sessiyası çərçivəsində keçirilən bu görüş zamanı tərəflər "Azərbaycan Respublikası və San-Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılmasına dair birgə kommünike" imzalayıblar.