Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan Neft və Sənaye Universitetində yanğın olması barədə məlumata münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, FHN-in Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevanın sözlərinə görə, yanğın barədə məlumat öz təsdiqini tapmayıb.
"Hadisə barədə bizə məlumat daxil olub, əraziyə yanğından mühafizə bölməsinin əməkdaşları cəlb olunub. Məlum olub ki, ərazidə heç bir yanğın hadisəsi baş verməyib".
*****
Bu gün axşam saatlarında Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yanğın olub.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Universitetləri" səhifəsi yayıb.
Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.
Şərhlər